"Yaprak Dökümü"nün aktyoru gənc həmkarlarının milyonluq qonorarını görüb şoka düşdü

Türkiyəli aktyor Halil Ergün yeni açıqlaması ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, o Türkiyədə seriallarda rolları üçün yüksək qonorar tələb edən gənc nəsil aktyorlardan danışıb.
Usta aktyor bildirib ki, onların serialın bölümbaşına aldığı qonorarı eşidəndə şoka düşüb:
"Gözəl qız yaşarıqlı və oğlan olan kimi "Aktyor olaraq pul qazanaq" deyirlər. Bunlarda sənətə qarşı istək və ehtiras yoxdur. Yeni serialların gənc baş rol ifaçılarının aldığı milyonluq qonorarları eşidəndə şoka düşdüm. Belə qonorar tələb etmək olmaz!".
Xatırladaq ki, Halil Ergün bəzi "Yeşilçam" filmlərində rol alıb.
O "Yaprak Dökümü" və "Büyük Yalan" kimi reytinqli seriallarda ailə başçısı rolu ilə məşhurluğuna məşhurluq qatıb.
Qalereya
Oxşar xəbərlər
Restorana təyyarə ilə gəldi, yoldan havalanaraq evinə QAYITDI
ABŞ-nin Alyaska ştatında maraqlı anlar yaşanıb. BAKU.WS xəbər verir ki, bir şəxs restorana gəlmək üçün qeyri-adi üsul seçib - təyyarəsi ilə məkanın önünə enib....
