Yaponiyanın Baş naziri Şiqeru İşiba istefa verəcək
07
sen
2025
15:21
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Yaponiyanın Baş naziri Şiqeru İşiba istefa qərarı qəbul edib.
BAKU.WS xəbər verir ki, qərarın səbəbləri açıqlanmasa da, mətbuatda iyulda keçirilən parlamentin yuxarı palatası seçkilərində hakim koalisiyanın məğlubiyyətinin bu addıma səbəb olduğu göstərilir.
Seçkilər nəticəsində Liberal Demokrat Partiyası (LDP) və tərəfdaşı Komeito hər iki palatada çoxluğu itirib, bu isə hökumətin qanunvericilik imkanlarını məhdudlaşdırıb.
Qeyd edək ki, Şiqeru İşiba ötən ilin oktyabrında baş nazir vəzifəsinə seçilmişdi.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...