Yaponiyada qiymət artımı fonunda "evimdə çox düyü var" deyən kənd təsərrüfatı nazirinə sərt reaksiya

Yaponiyada qiymət artımı fonunda evimdə çox düyü var deyən kənd təsərrüfatı nazirinə sərt reaksiya
Dünya 63

Yaponiyanın kənd təsərrüfatı naziri Eto Taku ölkədə ərzaq qiymətlərinin artdığı bir dövrdə səsləndirdiyi "evimdə satacaq qədər çox düyü var" sözlərinə görə tənqid olunub və açıqlamasına görə peşman olduğunu bildirib.

BAKU.WS xəbər verir ki, rəsmi Kyodo agentliyinin xəbərinə görə, nazir Eto bu fikirləri dünən iştirak etdiyi ianə yığıncağında deyib. O, dəstəkçilərinin ona bol miqdarda düyü verdiyini və buna görə düyü almadığını bildirib. "Evimdə satacaq qədər çox düyü var" ifadəsi isə ictimai qəzəblə qarşılanıb.

Jurnalistlərə açıqlamasında Eto bu sözlərin "problemlərə yol açdığı üçün" təəssüf etdiyini deyib: "Çox düyüm olduğunu və satacağımı deməklə həddi aşdım." O, açıqlamasını düzəltmək niyyətində olduğunu, amma bu səbəbdən istefa verməyəcəyini və kənd təsərrüfatı naziri kimi işini davam etdirəcəyini qeyd edib.

Yaponiyanın ənənəvi mətbəxində mühüm yer tutan düyü istehsalı son vaxtlar iqlim dəyişiklikləri və təbii fəlakətlər səbəbindən zəifləyib. Bu səbəbdən hökumət artan qiymətlərin qarşısını almaq üçün bu il ilk dəfə olaraq fevral ayında təxminən 210 min ton fövqəladə düyü ehtiyatını bazara çıxarıb.

Lakin hökumətin bu addımına baxmayaraq, ölkədə düyü qiymətləri artmaqda davam edir. Rəsmi məlumatlara görə, mart ayının son həftəsində 5 kiloqramlıq düyünün orta qiyməti ötən illə müqayisədə ikiqat artaraq 29 dollara yüksəlib.

Son xəbərlər