Yaponiyada meşə yanğını: 1 ölü, minlərlə insan təxliyə edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Yaponiyanın Ofunato şəhərində üç gündür davam edən meşə yanğını nəticəsində 1 nəfərin həyatını itirdiyi təsdiqlənib. Yanğın ən az 1 200 hektar ərazini külə çevirib, 3 306 nəfərə isə təxliyə xəbərdarlığı edilib.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, İvate prefekturasında yerləşən Ofunato şəhərində yanğın getdikcə şiddətlənir. Yerli hakimiyyət orqanları dünən bölgədə bir nəfərin cansız bədəninin tapıldığını və ölüm səbəbinin yanğınla bağlı olduğunu təsdiqləyib. Yanğın nəticəsində 1 340 evdə yaşayan 3 306 nəfərə təxliyə xəbərdarlığı edilib. Bu günə qədər 825 nəfər müvəqqəti sığınacaqlara yerləşdirilib. İlkin məlumatlara görə, 84 bina ziyan görüb və dəymiş ziyanın daha da artacağı gözlənilir.
Yerli yanğınsöndürmə qruplarının alovu nəzarət altına almaqda çətinlik çəkməsi hökuməti əlavə tədbirlər görməyə vadar edib. Yaponiyanın Yanğın və Fəlakət İdarəetmə Agentliyinin göstərişi ilə Miyagi, Yamaqata, Aomori, Akita, Fukusima, İbaraki, Toçigi, Gunma, Niigata, Tokio, Saytama və Çiba prefekturalarından ümumilikdə 1 675 yanğınsöndürən bölgəyə göndərilib.
Bundan əlavə, qonşu bölgələrdən göndərilən hava texnikaları ilə yanaşı, Yaponiya Özünümüdafiə Qüvvələri (SDF) və polisə məxsus helikopterlər də yanğının söndürülməsi işlərinə dəstək verir.
At least one person is killed as a wildfire wreaks havoc in Iwate #Japan#Wildfire #Asia #Japon #Iwate #Honshu #Tōhoku #Forestfire #Grassfire #Bushfire #Fire #Climate #Weather #Viralpic.twitter.com/uRpojKQcQO
— Earth42morrow (@Earth42morrow) February 27, 2025
Oxşar xəbərlər
Çində yeni tendensiya - Gənclər ev heyvanı əvəzinə mamır basmış kərpic saxlayırlar
Çində gənclər arasında qeyri-adi hobbi populyarlaşıb. Belə ki, onlar ev heyvanı əvəzinə üzərində mamır yetişən kərpiclər saxlayırlar. BAKU.WS xəbər verir ki, b...