Yaponiyada iki qar uçqunu səbəbindən 100-dən çox insan otellərdə qalıb

10
fev
2025
16:36
Yaponiyanın şimal-şərqində, Fukusima prefekturasında baş verən iki qar uçqunu nəticəsində 100-dən çox insan otelində ilişib qalıb.
BAKU.WS xəbər verir ki, Kyodo agentliyinin məlumatına görə, Tsuçiyu Kaplıcası yerləşən bölgədə güclü qar yağışı müşahidə olunur.
Yerli vaxtla saat 04:00 və 11:00 radələrində baş verən qar uçqunları yolları bağlayıb. Bunun nəticəsində bölgədəki iki oteldə 100-dən çox insanın hərəkəti məhdudlaşıb. Qarın qalınlığı 1,5 metrə çatıb, bu da otellərə aparan yolların bağlanmasına səbəb olub.
Yerli hakimiyyət orqanları yolların açılması üçün intensiv qar təmizləmə işləri aparır.
Oxşar xəbərlər
İstanbulda kritik tarix: Rusiya və Ukrayna danışıqlara hazırlaşır
Mayın 16-da Türkiyənin İstanbul şəhərində Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar başlayacaq. Bu barədə TASS agentliyi mənbəyə istinadən məlum...
