Yaponiyada güclü qar yağışı can almaqda davam edir: Ölənlərin sayı artdı
Yaponiyada yanvarın 20-dən etibarən təsirini göstərən güclü qar yağışı və şaxtalı hava şəraiti ağır nəticələrə səbəb olub.
BAKU.WS xəbər verir ki, Yaponiyanın Yanğın və Fəlakətlərin İdarə Edilməsi Agentliyinin (FDMA) son məlumatına görə, ölkə üzrə ölənlərin sayı 27 nəfərə yüksəlib, 290 nəfər isə xəsarət alıb.
Məlumata əsasən, ən çox insan itkisi 12 nəfərlə Niigata əyalətində qeydə alınıb. Akita əyalətində 6, Hokkaydoda 3, Aomoridə isə 2 nəfər həyatını itirib. İvate, Yamagata, Naqano və Şimane əyalətlərində isə hər birində 1 nəfərin öldüyü bildirilib.
Güclü qar yağışı və buzlanma nəticəsində baş verən qəzalar zamanı 101 nəfər ağır, 189 nəfər isə yüngül xəsarət alıb. Şiddətli hava şəraiti ölkənin bir çox bölgəsində hava, avtomobil və dəmir yolu nəqliyyatında ciddi problemlər yaradıb.
Qeyd edək ki, yanvarın 23-də yayılan ilkin məlumatlarda ölənlərin sayının 4, yaralıların isə 26 nəfər olduğu açıqlanmışdı. Son günlərdə hava şəraitinin pisləşməsi itkilərin artmasına səbəb olub.
Oxşar xəbərlər
"Survivor"dan gələn kimi saxlanıldı
İstanbul Anadolu Respublika Baş Prokurorluğunun məşhurlaraq qarşı apardığı narkotik əməliyyatları davam edir. Tanınmış şəxslərin də olduğu bir sıra şübhəlilər b...