Yaponiyada 6 baldan yuxarı zəlzələ olub
06
yan
2026
11:01
Yaponiyada güclü zəlzələ baş verib.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, zəlzələnin episentri Honşu adasının şərqindəki Şimane prefekturasında, yerin on kilometr dərinliyində qeydə alınıb. Zəlzələnin gücü 6,2 bal olub.
Ölkə daxilində bir neçə yaşayış məntəqəsində güclü təkanlar hiss edilib - Yaponiyada qəbul edilmiş yeddi ballıq şkala üzrə təkanların gücü beş bal olub. Ada üçün sunami xəbərdarlığı verilməyib.
Xatırladaq ki, Yaponiyada son zəlzələ 30 dekabrda baş verib. Təkanlar Ryukyu adaları yaxınlığında baş verib. Seysmik hadisənin gücü 5,5 bal olub.
Oxşar xəbərlər
Turistlər üçün riskli ölkələr: oğurluq halları daha çox harada qeydə alınır?
Turistlərin ən çox üzləşdiyi problemlərdən biri oğurluq hallarıdır. Beynəlxalq hesabatlara görə, bəzi məşhur turizm istiqamətlərində cibgirlik və xırda oğurluq...