Yaponiya ABŞ-nin yeni rüsumlarının ləğvi üçün Rusiya qazından imtina edə bilər
ABŞ-nin avtomobil idxalına əlavə tariflər tətbiq etməsi Yaponiyanı Rusiya qazından imtinaya məcbur edə bilər.
"Report" xəbər verir ki, bu barədə Yaponiyanın "Nikkei" agentliyi məlumat yayıb.
Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosimasu Hayasi bəyan edib ki, hökumət ölkənin avtomobil sənayesinin ABŞ-nin yeni tarif rejimindən çıxarılması ilə bağlı danışıqlar aparacaq.
Agentlik tərəfindən rəyi öyrənilmiş iqtisadçılar bildiriblər ki, hökumətin nəzərdən keçirdiyi bir neçə variantın arasında ABŞ-dən taxıl, ət və təbii qaz alışının artırılması da yer alır. Bu, xüsusilə Rusiya qazının ABŞ qazı ilə əvəz edilməsinə gətirib çıxara bilər.
2023-cü ildə Rusiya qazı Yaponiya idxalının 8,9 %-ni, ABŞ qazı isə 7,2 %-ni təşkil edib.
Oxşar xəbərlər
Serbiyada növbədənkənar parlament seçkilərinin vaxtı açıqlanıb
Serbiyada növbədənkənar parlament seçkiləri 2026-cı ilin oktyabrında keçiriləcək. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Serbiya lideri Aleksandar Vuç...