Yanğınsöndürənlərlə "flört etmək" istəyən qadın iki dəfə meşə yanğını törətdi

Yanğınsöndürənlərlə flört etmək istəyən qadın iki dəfə meşə yanğını törətdi
Dünya 65

Yunanıstanlı qadın yanğınsöndürənlərlə "flört etmək" üçün iki dəfə meşə yanğını törədib.

BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, o, daha sonrahəbs olunub.

Belə ki, 44 yaşlı Tripoli şəhər sakini avqustun 26-da Kerasitsada kənd təsərrüfatı sahəsində baş verən yanğın zamanı iki dəfə hadisə yerində göründükdən sonra saxlanılıb.

Məlum olub ki, qadın avqustun 24 və 25-də iki meşə yanğını törədib. Müstəntiqlər müəyyən ediblər ki, o, yanğınsöndürənlərlə flört etmək ümidi ilə onların diqqətini cəlb etmək istəyib. Yanğın yalnız kiçik ərazilərə ziyan vurub və hər iki halda tez bir zamanda söndürülüb. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində xəsarət alan olmayıb.

Yunan qadına 36 ay şərti həbs və min avro cərimə kəsilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər