Xəyanətdə ittiham olunan İsmayıl Qaani aylar sonra yenidən ictimaiyyət qarşısına çıxdı
İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) "Qüds" qüvvələrinin komandanı İsmayıl Qaani aylar sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.
BAKU.WS xəbər verir ki, İran, ABŞ və İsrail arasında baş verən müharibədən sonra ona qarşı səsləndirilən "xəyanət edib" və "tərəf dəyişib" iddialarından sonra Qaani İranın ali dini lideri Əli Xameneinin dəfn mərasimində görüntülənib.
İran dövlət televiziyasına açıqlama verən komandan "müqavimət oxu"nun əvvəlkindən daha da gücləndiyini iddia edib. O bildirib ki, hərbi əməliyyatlar ABŞ və İsraili "geri dönüşü olmayan narahatlıq vəziyyətinə" salıb və İranın bölgədəki müttəfiq şəbəkəsi zəifləməyib.
Qaani çıxışında Livandakı "Hizbullah" və Qəzzadakı HƏMAS-a da dəstəyini ifadə edib. Onun sözlərinə görə, nə ABŞ, nə də İsrail "Hizbullah"ı məğlub edə bilər. Komandan həmçinin HƏMAS-ın müharibədən sonra yenidən daha güclü şəkildə fəaliyyətini bərpa edəcəyini iddia edib.
O, Bab əl-Məndəb boğazını "müqavimət oxu"nun əsas üstünlüklərindən biri adlandıraraq, zərurət yaranacağı təqdirdə hələ istifadə olunmamış hərbi imkanların da işə salına biləcəyi barədə xəbərdarlıq edib.
Məlumata görə, mərasimdə diqqət çəkən məqamlardan biri də Əli Xameneinin varisi kimi göstərilən oğlu Müctəba Xameneinin iştirak etməməsi olub. The New York Times nəşrinin rejimə yaxın mənbələrə istinadən yaydığı məlumata əsasən, İsrail tərəfindən mümkün sui-qəsd təhlükəsi ilə bağlı kəşfiyyat məlumatlarına görə Müctəba Xamenei təhlükəsizlik səbəbindən dəfn mərasiminə qatılmayıb.
İran dövlət televiziyasının yayımladığı görüntülərdə tabutun başında Xameneinin digər oğulları Mustafa, Meysəm və Məsud Xamenei yer alıblar. Müctəba Xameneinin harada olduğu barədə isə rəsmi məlumat verilməyib.
Qalereya
Oxşar xəbərlər
Türkiyə məhkəməsi rusiyalı səfir Karlovun qətlini casus əməliyyatı kimi tanıdı
Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun 2016-cı ildə qətlə yetirilməsi təkcə terror aktı deyil, həm də ustalıqla hazırlanmış casusluq əməliyyatı olub. BAKU...