Xəstənin bədənindən l Dünya Müharibəsindən qalan mərmi çıxarılıb
Fransada qeyri-adi hadisə baş verib. Tuluza şəhərində bir kişi şiddətli ağrılar səbəbilə xəstəxanaya müraciət edib. Müayinə zamanı onun düz bağırsağında hərbi sursat olduğu müəyyən edilib və xəstə dərhal əməliyyata alınıb.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, hadisə fevralın 1-də Tuluzadakı "Rangueil" xəstəxanasında qeydə alınıb. Vəziyyətin təhlükəli olması səbəbilə tibb müəssisəsində geniş təhlükəsizlik tədbirləri görülüb. Xəstəxanaya polis, yanğınsöndürmə və bomba zərərsizləşdirmə qrupları cəlb olunub, əməliyyat otağının ətrafı nəzarətə götürülüb.
Həkimlərin müdaxiləsi ilə xəstənin bədənindən çıxarılan cismin Birinci Dünya müharibəsindən qalmış, Almaniya istehsalı olan 37 millimetrlik top mərmisi olduğu müəyyən edilib. Təxminən 16 santimetr uzunluğunda olan mərminin partlamadığı, lakin potensial təhlükə daşıdığı bildirilib.
Bomba zərərsizləşdirmə mütəxəssisləri tərəfindən təhlükəsiz şəkildə götürülərək zərərsizləşdirilib. Hadisə ilə bağlı araşdırma aparılır. Səlahiyyətli qurumlar mərminin xəstənin bədəninə necə düşdüyünü müəyyənləşdirməyə çalışır.
Oxşar xəbərlər
Moskva bölgəsi səmasında nadir təbiət hadisəsi görüntülənib
Rusiyada, Moskva yaxınlığındakı Puşkino şəhərinin sakinləri ötən gecə nadir təbii hadisəni - işıq sütunlarını müşahidə ediblər. BAKU.WS xəbər verir ki, bu barə...