Xarkovda marafon iştirakçıları Rusiya zərbəsi nəticəsində həlak olub
Ukraynanın Xarkov vilayətində həlak olan hərbçilərin xatirəsinə keçirilən illik marafon zamanı Rusiya Silahlı Qüvvələrinin raket hücumu nəticəsində üç iştirakçı həyatını itirib.
BAKU.WS Ukrayna mediasına istinadən xəbər verir ki, hadisə şənbə günü səhər Berestinski rayonunun Natalino kəndində baş verib.
Məlumata görə, Rusiya qüvvələri marafonun keçirildiyi əraziyə "İsgəndər" raketi ilə zərbə endirib.
Hücum nəticəsində üç nəfər ölüb.
Hadisə ilə bağlı Xarkov vilayəti prokurorluğu araşdırmaya başlayıb. Təşkilatçıların tədbir zamanı iştirakçıların təhlükəsizliyini lazımi səviyyədə təmin edib-etmədiyi də araşdırılır. Prokurorluq mümkün səhlənkarlıq faktını da nəzərdən keçirir.
Oxşar xəbərlər
İran son bir həftədə 30 gəminin Hörmüz boğazından keçməsinə mane olub
İran Silahlı Qüvvələri son bir həftə ərzində 30 gəminin Hörmüz boğazından lazımi razılıq olmadan keçməsinin qarşısını alıb. BAKU.WS xəbər verir ki, bu barədə İr...