WhatsApp-da yeni dövr: Media faylları avtomatik yüklənməyəcək
Dünyanın ən çox istifadə olunan mesajlaşma platforması WhatsApp məxfiliyi artırmaq məqsədilə yeni funksiyanı sınaqdan keçirir.
BAKU.WS haberler.com-a istinadən xəbər verir ki, yeniliyə əsasən, artıq göndərilən foto və videolar qarşı tərəfin cihazına avtomatik şəkildə yüklənməyəcək.
İstifadəçilər bu funksiyanı məxfilik ayarlarından aktiv edə biləcəklər.
Bu dəyişiklik sayəsində media paylaşımlarına nəzarət artırılacaq və şəxsi məlumatların yayılmasının qarşısı müəyyən dərəcədə alınacaq.
Lakin ekran görüntüsü alma və ya digər cihazla çəkiliş etmə imkanları qalacaq. Funksiya yaxın vaxtlarda bütün istifadəçilərə təqdim olunacaq.
Oxşar xəbərlər
2025 F1 mövsümünün çempionu bəlli oldu – Lando Norris tarix yazdı
2025 Formula 1 mövsümünə Əbu-Dabi Qran-prisi ilə yekun vurulub. Son yarışın nəticələrinə görə, "McLaren" sürücüsü Lando Norris dünya çempionu titulunu qazanıb....