WhatsApp-da gizlilik iddiası: Mesajlarda məkan məlumatı da qeydə alınır

WhatsApp-da gizlilik iddiası: Mesajlarda məkan məlumatı da qeydə alınır
Dünya 22

Kiber təhlükəsizlik mütəxəssisi Elorm Daniel WhatsApp mesajları üzərində apardığı analizdə tətbiqin istifadəçilərin məkan məlumatlarını avtomatik olaraq saxladığını iddia edib. O bildirib ki, istifadəçi məkan paylaşmasa belə, telefon bu məlumatı metadatanın içində qeyd edir.

BAKU.WS xəbər verir kiv Danielin sözlərinə görə, bu məlumatlar sonradan istintaq zamanı başqa cihazdan belə əldə oluna bilər. O əlavə edib ki, çəkilən hər foto və videoda da GPS koordinatları avtomatik yazılır.

WhatsApp isə cavabında yalnız xidmət üçün lazım olan məlumatların toplandığını deyib. Lakin konumun icazəsiz qeydə alınması ilə bağlı iddialara birbaşa münasibət bildirməyib.

Son xəbərlər