Vyetnamda güclü sel: 9 ölü, 5 itkin
29
okt
2025
16:32
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Vyetnamın mərkəzi bölgələrində yağan güclü yağışlar dağıdıcı selə səbəb olub. Rəsmilərin məlumatına görə, təbii fəlakət nəticəsində azı 9 nəfər həlak olub, 5 nəfər isə itkin düşüb.
BAKU.WS xəbər verir ki, Sel Da Nanq, Hue və Quanq Naqai kimi şəhərlərdə ciddi fəsadlar yaradıb, yüz minlərlə insanın yaşayışına təsir göstərib.
Hökumət təhlükə altındakı ərazilərdən sakinlərin təxliyə edilməsini və zərərçəkənlərə yardımın təmin olunmasını tapşırıb.
Oxşar xəbərlər
Çində yeni tendensiya - Gənclər ev heyvanı əvəzinə mamır basmış kərpic saxlayırlar
Çində gənclər arasında qeyri-adi hobbi populyarlaşıb. Belə ki, onlar ev heyvanı əvəzinə üzərində mamır yetişən kərpiclər saxlayırlar. BAKU.WS xəbər verir ki, b...