"Volvo" minlərlə işçisini ixtisar edəcək

İsveçin avtomobil nəhəngi Volvo Car AB dünya üzrə işçilərinin təxminən 7 faizini ixtisar etməyi planlaşdırır. Bu da təxminən 3 min nəfərin işdən çıxarılması deməkdir.
BAKU.WS xəbər verir ki, Bloomberg-in məlumatına görə, ixtisarlar əsasən satışların zəifləməsi və xərclərin azaldılması ilə əlaqədardır. Volvo bildirib ki, bu addım 3 min işçiyə, o cümlədən min məsləhətçiyə təsir edəcək. Hal-hazırda şirkətdə 43 800 nəfər çalışır və onların yarıdan çoxu İsveçdə yerləşir.
Çinli Geely holdinqinə məxsus olan Volvo Car bu ilin birinci rübündə əməliyyat mənfəətinin 60 faiz azalması barədə hesabat yayıb. Bu geriləmədən sonra şirkətin baş direktoru Hakan Samuelsson 18 milyard İsveç kronu (təxminən 1,89 milyard dollar) həcmində biznesin restrukturizasiyası proqramına start verdiklərini açıqlayıb.
Samuelsson bunun çinli sahiblərin şirkət üzərində daha çox nəzarət istədikləri və iş yerlərinin Çinə köçürüləcəyi ilə bağlı yayılan iddiaları təkzib edib.
Avtomobil satışlarında tələbatın azalması və ABŞ-Çin tarif müharibəsinin yaratdığı əlavə xərclər avtomobil sektoruna təzyiqləri artırıb. Volvo gələcəkdə ABŞ və Asiya bazarına yönəlməyi planlaşdırır. Şirkət Cənubi Karolinadakı zavodunda istehsalı artıracaq və artıq Çin bazarına hibrid mühərrikli yeni Volvo XC70 modelini təqdim edib.
Oxşar xəbərlər
Türkiyədə böyük əməliyyat - Vəzifəli şəxslər həbs edildi
Türkiyədə Adana Böyükşəhər Bələdiyyəsinin sədri Zeydan Karalar, Büyükçekmece bələdiyyə sədrinin müavini Əhməd Şahin və sürücüsü Sonkan Turan həbs edilib. BAKU.W...
