Volqoqrad Hava Limanı müvəqqəti olaraq fəaliyyətin dayandırıb
Yeniliklərdən dərhal xəbərdar olun
Volqoqrad Hava Limanı müvəqqəti olaraq fəaliyyətin dayandırıb.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Volqoqrad Hava Limanının fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılıb; hava limanı uçuşları qəbul etmir və həyata keçirmir. Bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviatsiya) mətbuat xidməti məlumat yayıb.
Məhdudiyyətlər mülki aviasiya uçuşlarının təhlükəsizliyini təmin etmək məqsədilə tətbiq edilib.
Bildirilib ki, ekipajlar, aviadispetçerlər və hava limanı xidmətləri uçuş təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görürlər.
Bundan az əvvəl Rusiya Müdafiə Nazirliyi Volqoqrad və Rostov vilayətlərində iki Ukrayna pilotsuz uçuş aparatının hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini açıqlayıb.
Oxşar xəbərlər
Çində yeni tendensiya - Gənclər ev heyvanı əvəzinə mamır basmış kərpic saxlayırlar
Çində gənclər arasında qeyri-adi hobbi populyarlaşıb. Belə ki, onlar ev heyvanı əvəzinə üzərində mamır yetişən kərpiclər saxlayırlar. BAKU.WS xəbər verir ki, b...