Volkan Konakın həyat yoldaşından təsirli paylaşım: "Qapqara 30 mart gecəsi..."
Səhnədə ürəktutmasından vəfat edən müğənni Volkan Konakın həyat yoldaşı Selma Konak onunla bağlı sosial şəbəkədə paylaşım edib.
BAKU.WS xəbər verir ki, sənətçi mərhum həyat yoldaşının ailə məclisi zaman çəkilən görüntülərini paylaşaraq onun vəfatına görə dərin kədər hissi keçirdiyini vurğulayıb.
"Qara... Qapqara 30 mart gecəsi... Mən canımı itirdim. Bizimki bir eşq hekayəsi deyil idi. Əsl eşq idi. Hər anı birlikdə yaşadıq. Hər anı bir-birimizə həsr etdik. Qara dəniz kimsəsiz qaldığı kimi mən də sənsiz yarım qaldm. Mənim şair ruhlu Volkanım ..." -deyə o qeyd edib.
Volkan Konakın 30 mart gecəsi Şimali Kipr Türk Respublikasında konsert zamanı səhhəti qəfil pisləşib. Mağusa dövlət xəstəxanasına çatdırılan Volkan Konakın həyatını xilas etmək mümkün olmayıb. O 58 yaşında idi.
Oxşar xəbərlər
Hakan Fidan: İran Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan ittifaqının hədəfi deyil
İranın Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında yaradılan müdafiə ittifaqının hədəfi olmadığı açıqlanıb. BAKU.WS xəbər verir ki, bunu Türkiyənin xarici...