Vladimir Putin ipoteka ödənişi üzrə yardımı 1 milyon rubla qədər artırdı
Rusiya Prezidenti Vladimir Putin aşağı doğum səviyyəsinə malik Uzaq Şərq regionlarında çoxuşaqlı ailələr üçün ipoteka ödənişi üzrə yardımı 1 milyon rubla qədər artırmağı tapşırıb.
Bu barədə o, Şərq İqtisadi Forumunun plenar iclasında danışıb.
"Ötən ildən etibarən Primorsk diyarında üçüncü uşağı olan ailələr ipoteka kreditinin ödənilməsi üçün 450 min rubl deyil, 1 milyon rubl məbləğində yardım almaq hüququna malikdirlər. Biz razılaşdıq ki, Uzaq Şərqin orta doğum göstəricisindən aşağı olan bütün regionlarında çoxuşaqlı ailələr üçün bu yardımın həcmini 1 milyon rubla çatdırmaq lazımdır. Mən həmkarlarıma bu normativ aktların qəbulu prosesini sürətləndirməyi xahiş edirəm ki, bu tədbir cari ilin iyulun 1-dən etibarən qüvvəyə minsin",-deyə Putin bildirib.
2023-cü ildə Primorsk diyarının sakinləri üçün pilot layihə çərçivəsində ipoteka kreditinin ödənilməsi üçün yardım məbləği 1 milyon rubla qədər artırılıb. Putinin göstərişi ilə bu tədbirin təsiri Çukotka və Uzaq Şərqin doğum göstəricisi ortalamadan aşağı olan digər regionlarına da şamil edilib.
Əvvəllər Rusiya prezidenti üç və daha çox uşağı olan ailələrə ipotekanın ödənilməsinə kömək məqsədilə 450 min rubl məbləğində yardım proqramlarının 2031-ci ilə qədər uzadılmasını nəzərdə tutan qanunu imzalamışdı.
Oxşar xəbərlər
Ukrayna Parlamentindəki iclas Rusiyanın hücum iddiası səbəbindən ləğv edilib
Ukrayna Parlamentindəki iclas Rusiyanın hücum iddiaları səbəbindən ləğv edilib. BAKU.WS xəbər verir ki, bu barədə Haber Global məlumat yayıb. Ukrayna Parlamenti...