Vilnüsdə təyyarə yaşayış binasının üzərinə düşüb
25
noy
2024
10:03
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Yük təyyarəsi Vilnüs Beynəlxalq Hava Limanına yaxınlaşarkən qəzaya uğrayıb.
BAKU.WS Tass-a istinadən xəbər verir ki, təyyarə yaşayış binasının üzərinə düşüb.
"DHL şirkətinin təyyarəsi ikimərtəbəli yaşayış binasına çırpılıb. İlkin məlumata görə, təyyarədə iki pilot və iki şirkət əməkdaşı olub".
Pilotlardan biri xilas edilib. Təyyarədəki digər şəxslər barədə hələlik məlumat yoxdur. Hadisə yerində yanğınsöndürənlər işləyir. Evdə insanların olub-olmadığı da bəlli deyil.
Daha sonra ikinci pilotun ölümü barədə məlumat yayılıb.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...