Venesuelada 3 yaşlı uşaq zəlzələdən 6 gün sonra dağıntılar altından sağ çıxarıldı

Venesuelada 3 yaşlı uşaq zəlzələdən 6 gün sonra dağıntılar altından sağ çıxarıldı
Dünya 41

Venesuelada baş verən dağıdıcı zəlzələlərdən altı gün sonra dağıntılar altından 3 yaşlı oğlan uşağı sağ xilas edilib.

BAKU.WS xəbər verir ki, İordaniyadan olan axtarış-xilasetmə qrupu La Quayra ştatında dağıntılar altında qalan Klieber Moran adlı uşağı xilas edib.

Venesuelanın müvəqqəti dövlət başçısı Delsi Rodriqes uşağın xilas olunduğunu təsdiqləyərək bunu "xalqımız üçün böyük ümid işığı" adlandırıb.

İordaniya Mülki Müdafiə Xidməti bildirib ki, hadisə yerində uşağa ilkin tibbi yardım göstərilib. Onun ümumi sağlamlıq vəziyyətinin yaxşı olduğu və həyati göstəricilərinin normal olduğu qeyd edilib.

Venesuela parlamentinin sədri Xorxe Rodriqes isə Klieber Moranın müalicəsinin paytaxt Karakasdakı xəstəxanalardan birində davam etdirildiyini açıqlayıb.

Mütəxəssislər bildirirlər ki, dağıntılar altında qalan insanların sağ qalma ehtimalının ən yüksək olduğu ilk 72 saatlıq kritik müddət artıq başa çatsa da, bu xilasetmə əməliyyatı axtarış işlərinə yeni ümid verib.

Ölkədə axtarış-xilasetmə əməliyyatları davam etdiyi bir vaxtda, minlərlə ailə dağıntılar altındakı yaxınlarının taleyi ilə bağlı xəbər gözləyir. Eyni zamanda, aşkarlanan həlak olanların dəfn mərasimləri keçirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər