Venesuela Səhiyyə Nazirliyi: Zəlzələlər nəticəsində 235 nəfər ölüb
Venesuelada baş verən iki güclü zəlzələ nəticəsində həyatını itirənlərin sayı 235-ə yüksəlib. Təbii fəlakət zamanı xəsarət alanların sayı isə 4 300 nəfərə çatıb.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin səhiyyə naziri Karlos Alvarado bildirib ki, hazırda 157 nəfərin taleyi naməlum olaraq qalır. Bundan başqa, təxminən 200 nəfərin dağıntılar altında qaldığı, 2 927-dən çox ailənin isə zərər gördüyü açıqlanıb.
Zəlzələlər yaşayış və sosial infrastruktura da ciddi ziyan vurub. Məlumata əsasən, 250 bina və 8 tibb müəssisəsi müxtəlif dərəcəli zədələr alıb.
Ən ağır vəziyyət episentr hesab olunan La-Quayra şəhərində qeydə alınıb. Burada 100-dən artıq binanın tamamilə dağıldığı bildirilir. Axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə əraziyə 11 500 təhlükəsizlik əməkdaşının cəlb olunacağı açıqlanıb.
Salvador və Dominikan Respublikası Venesuelaya xilasetmə qrupları göndərib. ABŞ isə humanitar yardımın göstərilməsi üçün tətbiq etdiyi bəzi sanksiyalarda istisna tətbiq edib və beynəlxalq humanitar təşkilatlar vasitəsilə 150 milyon dollar vəsait ayırıb.
Paytaxtın əsas hava limanında yaranan problemlər hava nəqliyyatının fəaliyyətinə də təsir göstərib. Nəticədə "Iberia" və "Air Europa" aviaşirkətlərinin bir sıra reysləri ləğv edilib.
Oxşar xəbərlər
Ermənistandan bütün balıq məhsullarının idxalını dayandırdılar
Rusiya Ermənistandan balıq məhsullarının idxalı ilə bağlı tətbiq etdiyi məhdudiyyətlərin əhatə dairəsini genişləndirib. BAKU.WS xarici KİV-ə istinadən xəbər ver...