Venesiyada daşqın təhlükəsi: Doqquz gün ərzində rekord sayda qabarma qeydə alındı
İtaliyanın Venesiya şəhərində doqquz gün ərzində 15 yüksək qabarma qeydə alınıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə ANSA xəbər agentliyi məlumat verib.
Qabarmaların Monitorinqi Mərkəzinin direktoru Alvize Papa bu rekordu qlobal istiləşmə səbəbindən artan təhlükə hesab edir.
Qeyd olunub ki, 15 qabarmadan 10-u 110 santimetr həddini keçib və bu da hökumət orqanlarını qoruyucu bənd sistemini on dəfə işə salmağa məcbur edib.
"Əvvəllər suyun səviyyəsini 80 santimetr qaldırmaq üçün çox güclü külək tələb olunurdu. İndi isə zəif küləklər də dəniz səviyyəsinin bir metrə çatması üçün kifayətdir", - deyə mərkəzin direktoru izah edib.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, əgər orta dəniz səviyyəsi qalxmağa davam edərsə, hətta kiçik atmosfer dalğalanmaları belə daşqınlara səbəb olacaq.
Oxşar xəbərlər
NASA-nın xərcləri 23% azaldılacaq
ABŞ administrasiyası 2027-ci ildə Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) fəaliyyətinə ayrılan vəsaiti 5,6 milyard dollar, yəni 23% azaltmağı...