Vatikan qalmaqalla gündəmdə: Məhkum kardinal papa seçkilərində iştirak etmək istəyir
Yeniliklərdən dərhal xəbərdar olun
Vatikanın mali qalmaqalında adı hallanan Kardinal Covanni Ancelo Beççu Papa seçkilərində iştirak etmək niyyətindədir.
BAKU.WS trt haber-ə istinadən xəbər verir ki, 2023-cü ildə vəsait mənimsəməyə görə 5,5 il həbs cəzası alan Beççu məhkəmə qərarından apellyasiya verib və hazırda Vatikan ərazisində yaşayır.
Qeyd edək ki, 2020-ci ildə Papa Fransisk onun kardinal səlahiyyətlərini əlindən almışdı. Buna baxmayaraq Beççu bildirib ki, rəsmi olaraq istefa tələb olunmayıb və o, konklavda (Roma papasının ölümündən sonra yeni papanın seçilməsi məqsədilə toplanan kardinallar yığıncağı) iştirak etməyə hüququnun olduğunu düşünür.
Vatikan hələlik onun səsvermə hüququ olmadığını açıqlasa da, son qərar Kardinallar Kollecinin rəhbərliyinə aiddir. 76 yaşlı Beççu yaş məhdudiyyətinə görə seçkilərə qatılmaq hüququna malikdir.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...