Vatikan Papa Fransiskin tabutdakı ilk fotosunu yaydı
Yeniliklərdən dərhal xəbərdar olun
Vatikan Papa Fransiskin vəfatından sonra onun tabutda çəkilmiş ilk fotosunu yayıb.
BAKU.WS xəbər verir ki, 89 yaşlı Roma Papası Fransiskin vəfat etdiyi aprelin 21-də məlum olub.
Onun ölümünə ilkin səbəb kimi insult göstərilib. Həmin günün axşamı Vatikan Papa Fransiskin beyin insultu nəticəsində öldüyünü rəsmən təsdiqləyib.
Papa Fransiskin vəfatından sonra onun iqamətgahı möhürlənib.
Vatikan mənbələrinin bildirdiyinə görə, Roma Papasının dəfn mərasəsi 25-27 aprel tarixləri arasında keçirilə bilər. Roma Katolik Kilsəsinin yeni başçısının seçilməsi isə iki-üç həftə ərzində baş tutacaq.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...