ÜST: İran, Livan və İsraildə 1800-dən çox insan ölüb

ÜST: İran, Livan və İsraildə 1800-dən çox insan ölüb
Foto
Dünya 26

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 28-dən etibarən İran, Livan və İsraildə 1800-dən çox insanın öldüyünü bildirib.

BAKU.WS "TASS"a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus məlumat yayıb.

O indiyə qədər ən azı 12 500 nəfərin yaralandığını bildirib.

"Yaxın Şərqdə münaqişənin son zamanlar kəskinləşməsinin on günündən çox vaxt keçməsinə baxmayaraq, səhiyyə sistemləri böyük gərginlik altındadır. Hesabatlar göstərir ki, İranda 1300-dən çox ölüm və 9000 yaralanma, Livanda ən azı 570 ölüm və 1400-dən çox yaralanma, İsraildə isə 15 ölüm, 2142 yaralanma qeydə alınıb" - deyə, Tedros Adhanom Qebreyesus bildirib.

ÜST: İran, Livan və İsraildə 1800-dən çox insan ölüb

ÜST rəhbərinin sözlərinə görə, regionda səhiyyə müəssisələrinə edilən hücumların sayı artmaqdadır.

28 fevraldan bəri təşkilat İranda 18, Livanda 25 və İsraildə iki belə hücum qeydə alıb.

"İctimai səhiyyə riskləri artmaqdadır. İranda 100 000-dən çox, Livanda isə 700 000-ə qədər insan evindən didərgin düşüb, təmiz su və sanitariyaya məhdud çıxışla üzləşir. Xüsusilə qadınlar və uşaqlar, həssas əhali qrupu xəstəlik riski altındadır. ÜST bütün tərəfləri mülki şəxsləri və səhiyyəni qorumağa, maneəsiz humanitar yardıma çıxışı təmin etməyə və gərginliyin azaldılması istiqamətində çalışmağa çağırır. Onsuz da kövrək səhiyyə sistemlərinin dağılmasının qarşısını almaq və təsirlənmiş icmaların bərpasını dəstəkləmək üçün təcili tədbirlər görmək vacibdir" - deyə Qebreyesus əlavə edib.

Xatırladaq ki, ABŞ və İsrail 28 fevralda İrana qarşı hərbi əməliyyata başlayıblar.

Tehran da daxil olmaqla, İranın böyük şəhərləri zərbələrə məruz qalıb. SEPAH İsraildəki obyektləri hədəf alaraq cavab əməliyyatı elan etdi.

Bəhreyn, İordaniya, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ-dəki ABŞ hərbi bazalarına zərbələr endirilib.

Son xəbərlər