ÜST Avropanı təhlükəli isti hava dalğaları ilə bağlı xəbərdar etdi
Dünya Səhiyyə Təşkilatı (ÜST) qarşıdakı həftələrdə Avropada daha təhlükəli isti hava dalğalarının müşahidə oluna biləcəyi barədə xəbərdarlıq edib.
BAKU.WS xəbər verir ki, təşkilatın Avropa üzrə regional direktoru Hans Kluqe 41 ölkənin nümayəndələrinin iştirakı ilə keçirilən iclasda bildirib ki, bir çox ölkədə ekstremal istilərə qarşı hazırlıq planları hələ də kifayət qədər deyil. Xüsusilə yaşlılar, evsizlər və həssas əhali qruplarının qorunması istiqamətində boşluqlar qalır.
ÜST ölkələri növbəti isti hava dalğası başlamazdan əvvəl səhiyyə sistemlərini gücləndirməyə və risklərin azaldılması üçün təxirəsalınmaz tədbirlər görməyə çağırıb.
Mütəxəssislərin məlumatına görə, iyunun 20-28-də Avropada müşahidə olunan isti hava dalğası son illərin ən güclülərindən biri olub. Yaxın günlərdə isə Portuqaliya və İspaniyanın cənubunda havanın temperaturunun 43 dərəcəyədək yüksələcəyi gözlənilir.
İlkin məlumatlara əsasən, son isti hava dalğası zamanı Fransa, Niderland və Belçikada 1 700-dən çox əlavə ölüm qeydə alınıb.
Oxşar xəbərlər
Tramp: ABŞ Türkiyəyə qarşı sanksiyaları ləğv etməyi planlaşdırır
ABŞ Prezidenti Donald Tramp Türkiyəyə tətbiq olunan sanksiyaların ləğv ediləcəyini açıqlayıb. BAKU.WS apa-ya istinadən xəbər verir ki, Tramp bu barədə Türkiyə P...