Uolts: Maduro ABŞ xalqına qarşı hücumlara görə məsuliyyət daşıyır

Uolts: Maduro ABŞ xalqına qarşı hücumlara görə məsuliyyət daşıyır
Dünya 41

"Nikolas Maduro Qərb yarımkürəsində sabitliyi pozduğuna və Venesuela xalqını qanunsuz şəkildə repressiyaya məruz qoyduğuna görə ABŞ xalqına qarşı hücumlara görə məsuliyyət daşıyır".

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu yanvarın 5-də BMT Təhlükəsizlik Şurasında ABŞ-ın BMT-dəki səfiri Maykl Uolts deyib.

O qeyd edib ki, hazırda Venesuelaya və ya onun xalqına qarşı müharibə yoxdur.

"Biz heç bir ölkəni işğal etmirik. Amerika Birləşmiş Ştatları 15 ildir xalqımıza qarşı törətdiyi cinayətlərə görə qanunun aliliyinə uyğun olaraq ABŞ-da məhkəmə qarşısına çıxacaq narkoqaçalını həbs etdi", - o deyib.

Uolts öz çıxışında Maduronu "qanunsuz, sözdə prezident" adlandıraraq BMT-nin Maduroya qanuni seçilmiş dünya lideri kimi yanaşmamalı olduğunu iddia edib.

"Əgər BMT qanunsuz narko terrorçuya legitimlik verirsə və demokratik yolla seçilmiş prezident və ya dövlət başçısı kimi tanıyırsa, o zaman bu necə təşkilatdır?", - o əlavə edib.

Son xəbərlər