Ukraynaya məxsus Su-24M bombardmançısı qəzaya uğradı: İki pilot həlak oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna ordusuna məxsus Su-24M tipli bombardmançı təyyarə Xmelnitski vilayətində tapşırıq yerinə yetirərkən qəzaya uğrayıb.
BAKU.WS xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.
Bildirilib ki, hadisə yerli vaxtla saat 19:00 radələrində baş verib. Hazırda axtarış-xilasetmə qrupları və hüquq-mühafizə orqanlarının əməkdaşları qəza yerində araşdırma aparırlar.
İlkin məlumata əsasən, hadisə nəticəsində mülki şəxslər arasında xəsarət alan olmayıb.
Qəza zamanı təyyarənin iki pilotu həlak olub. Hadisənin başvermə səbəbləri və digər təfərrüatlar araşdırılır.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...