Ukraynanın hücumu nəticəsində Rusiyanın sənaye müəssisəsinə ziyan dəydi
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Silahlı Qüvvələrinin hücumundan sonra Rusiyanın Nijni Novqorod vilayətində sənaye müəssisəsinə ziyan dəyib.
BAKU.WS "Lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə şəhər qubernatoru Qleb Nikitin məlumat yayıb.
O sözügedən obyektin adını açıqlamayıb.
Rəsmi şəxs əlavə edib ki, hücum zamanı bölgə sakini ölümcül yaralanıb, daha dörd nəfər isə yüngül bədən xəsarətləri alıb.
"Təcili yardım xidmətləri hadisələrin baş verdiyi yerdədir və hava hücumundan müdafiə əməliyyatları davam edir" - deyə qubernator bildirib.
Qeyd edək ki, 1-2 iyul tarixlərində Rusiya hava hücumundan müdafiə sistemləri bölgələr üzərində Ukraynanın 327 pilotsuz uçuş aparatını vurub.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...