Ukraynalı və qazaxıstanlı sərnişinlərin davasına görə təyyarə məcburi eniş etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin "Pegasus" hava yollarına məxsus təyyarənin göyərtəsində ukraynalı sərnişinlərin iştirakı ilə dava baş verib.
BAKU.WS xəbər verir ki, hadisə barədə NTV telekanalı məlumat yayıb.
Təyyarə Antalyadan Astanaya uçurdu. Uçuşun əvvəlində Ukraynadan olan bir cütlük qazaxıstanlı qadınlarla mübahisə edib. Sözlü mübahisə daha sonra əlbəyaxa davaya çevrilib.
Stüardessalar münaqişəni dayandıra bilməyib. Təyyarənin heyəti vəziyyəti nəzarətə almaq üçün Erzurum hava limanına məcburi eniş edib.
Hadisə yerinə gələn hüquq-mühafizə orqanları davada iştirak edənləri saxlayıb və hadisənin təfərrüatlarını araşdırmaq üçün polis bölməsinə aparıb. Daha sonra münaqişə iştirakçıları tibbi müayinədən keçirilmək üçün xəstəxanaya göndərilib.
Qazaxıstanlı qadınlar və ukraynalı cütlük bir-birindən rəsmi şikayət verib.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...