Ukraynada teleqram sosial şəbəkəsinin fəaliyyətinin tənzimlənməsi təklif olunur
Ukraynada teleqram sosial şəbəkəsi terror aktlarının və diversiya hadisələrinin törədilməsinə əsas zəmin kimi göstərilir, onun fəaliyyətinin tənzimlənməsi təklif olunur.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, fevralın 23-də Ukrayna Daxili İşlər Nazirliyində keçirilən mətbuat konfransında nazir İqor Klimenko və ölkənin Təhlükəsizlik Xidmətinin rəis müavini İvan Rudnitski bu təkliflə çıxış ediblər.
İ.Klimenko qeyd edib ki, bəzi şəxslərin diversiyalara və terror aktlarına cəlb edilməsində ən çox teleqramdan istifadə olunur: "Faiz göstəricisi ilə desək, düşünürəm ki, (cəlb olunmaların – red) təxminən yarısı teleqram üzərindən olur.
Teleqramın istifadəsinin tənzimlənməsinə cəmiyyət də dəstək olmalıdır. Əgər təhlükəsizliyimizə, sağlam düşüncəyə və müdafiəyə aiddirsə bu baş verməlidir. Söhbət belə cinayətlərin, terror cinayətlərinin sayını azalda biləcəyimiz fəaliyyətdən gedir. Teleqramın məhdudlaşdırılmasına bu aspektdən yanaşılmalıdır".
Oxşar xəbərlər
Netanyahu: İran İsrailə hücum etsə, Təl-Əvivin sərt cavabı ilə üzləşəcək
İsrail heç vaxt bu qədər güclü olmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib. "ABŞ ilə ittifaq heç vaxt...