Ukraynada 25 yaşdan yuxarı tələbələr üçün hərbi möhlətin ləğvi təklif olunur

Ukraynada 25 yaşdan yuxarı tələbələr üçün hərbi möhlətin ləğvi təklif olunur
Dünya 38

Ukraynada 25 yaşdan yuxarı kişilərin təhsil əsasında hərbi xidmətə çağırışdan möhlət alma hüququnun ləğvi təklif olunur.

BAKU.WS Ukrayna KİV-in məlumatına istinadən xəbər verir ki, məsələ Ukraynanın Ali Radasında müzakirəyə çıxarılıb. Parlament üzvü Sergey Babak telemarafon zamanı bildirib ki, bununla bağlı qanun layihələrindən biri artıq ikinci oxunuşa hazır vəziyyətdədir.

Deputatın sözlərinə əsasən, dəyişiklik qəbul edilərsə, ali təhsil müəssisələrinə, o cümlədən peşəkar ali və peşə məktəblərinə daxil olan 25 yaş və yuxarı kişilər hərbi xidmətə çağırışdan təxirə salınma hüququndan məhrum ediləcək. Babak bu addımı radikal adlandırsa da, ölkənin təhlükəsizliyi baxımından zəruri olduğunu vurğulayıb.

O, eyni zamanda yaşlı tələbələrin sayında kəskin artım olduğunu diqqətə çatdırıb. Belə ki, 2022-ci ilə qədər 25 yaşdan yuxarı təxminən 30 min kişi ali və peşə təhsilində oxuyurdusa, 2025-ci il sentyabrın 1-nə olan məlumata görə, bu göstərici 250 minə yaxınlaşıb. Bu isə səkkiz dəfədən çox artım deməkdir.

Son xəbərlər