Ukrayna və Kanada birgə dron istehsalı barədə razılığa gəlib
Kiyev və Ottava Kanada ərazisində Ukrayna ordusu üçün pilotsuz uçuş aparatlarının istehsalının birgə başladılması barədə razılığa gəlib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, müvafiq sənədi iki ölkənin Müdafiə nazirliklərinin nümayəndələri imzalayıblar.
Razılaşma çərçivəsində Kanadada yeni müəssisə yaradılacaq, istehsal olunan dronlar isə Ukrayna Silahlı Qüvvələrinə göndəriləcək.
"Ukraynanın "Airlogix" müdafiə texnologiyaları şirkəti ilə Kanadanın pilotsuz sistemlər istehsalçısı "Sentinel Research and Development" arasında "Airlogix-Sentinel" adlı yeni birgə müəssisə yaradılır", - məlumatda deyilir.
Layihə Ukrayna və Kanada hökumətlərinin dəstəyi ilə həyata keçiriləcək ki, bu da Ukrayna hərbçilərinə kəşfiyyat və əməliyyat planlaması vasitələrinin tədarükünü sürətləndirməyə imkan verəcək.
Oxşar xəbərlər
Tramp İranla bağlı toplantısını heç bir qərar qəbul etmədən başa vurub
ABŞ Prezidenti Donald Tramp İran sazişi ilə bağlı keçirilən iclası hər hansı qərar qəbul etmədən başa vurub. BAKU.WS xəbər verir ki, bu barədə "The New York Tim...