Ukrayna Rusiyanın sərhəddən yüzlərlə kilometr uzaqda yerləşən Penza şəhərinə PUA ilə hücum edib
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Silahlı Qüvvələri Rusiyanın Penza vilayətinə pilotsuz uçuş aparatı (PUA) ilə hücum edib.
BAKU.WS xəbər verir ki, bu barədə Penza vilayətinin qubernatoru Oleq Melnichenko məlumat verib.
Onun sözlərinə görə, PUA-nın qalıqlarının düşdüyü ərazidə fövqəladə xidmətlərin əməkdaşları işləyir.
Qubernator bildirib ki, ilkin məlumata əsasən, hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb.
Oleq Melnichenko daha əvvəl Penza vilayəti üzərində hava hücumundan müdafiə qüvvələrinin bir pilotsuz uçuş aparatını zərərsizləşdirdiyini açıqlamışdı. O qeyd etmişdi ki, PUA-nın qalıqları elektrik ötürücü xətlərinə ziyan vurub və tikintisi davam edən binanın üzərinə düşüb.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...