Ukrayna Rusiyanın neft bazasını vurdu
Ukrayna Rusiyanın dərinliyində yerləşən növbəti enerji obyektinə zərbə endirib. Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) pilotsuz uçuş aparatları təxminən 500 kilometrlik məsafəni qət edərək Rusiyanın Pskov vilayətindəki neft bazasına hücum həyata keçirib.
BAKU.WS xəbər verir ki, bu barədə "RBK-Ukrayna" nəşri məlumat yayıb.
Məlumata görə, əməliyyat gecə saatlarında baş tutub.
Bildirilir ki, zərbə UTX-nin "Alfa" Xüsusi Əməliyyatlar Mərkəzinə məxsus PUA-lar vasitəsilə endirilib. Hədəf Pskov vilayətində yerləşən "Velikolukskaya" neft bazası olub.
Mənbələrin iddiasına əsasən, hücum nəticəsində ən azı dörd güclü partlayış qeydə alınıb. Partlayışlardan dərhal sonra obyekt ərazisində genişmiqyaslı yanğın başlayıb. Yanğının miqyası və mümkün zərər barədə rəsmi məlumat hələ açıqlanmayıb.
Oxşar xəbərlər
17 Kiloqram çəkisi olan fenomen qadın: "Hər kiloqram qələbədir"
15 ildən çox anoreksiya ilə mübarizə aparan fenomen Kristina Koryagina yeni açıqlaması ilə diqqət çəkib. BAKU.WS xəbər verir ki, o son müsahibəsi zamanı "Uzun...