Ukrayna Rusiyanın iki bölgəsinə hücum etməyə cəhd edib
Yeniliklərdən dərhal xəbərdar olun
Çərşənbə axşamı, sentyabrın 3-nə keçən gecə Ukrayna Rusiyanın iki bölgəsinə hücum etməyə cəhd edib.
BAKU.WS xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi özünün tekeqram kanalında məlumat yayıb.
Bildirilib ki, hava hücumundan müdafiə qüvvələri Kaluqa və Bryansk vilayətlərində Ukrayna Silahlı Qüvvələrinin (AFU) iki pilotsuz uçan aparatını məhv edib.
Müdafiə Nazirliyi Ukraynanın hərəkətlərini Rusiya ərazisindəki hədəflərə terror hücumu həyata keçirmək cəhdi adlandırıb. Sərhəd bölgəsindəki vəziyyətlə bağlı başqa təfərrüatlar verilməyib.
Bir gün əvvəl, sentyabrın 2-də Ukrayna Silahlı Qüvvələri Belqorod vilayətində 6 yaşayış məntəqəsinə zərbələr endirib. İki nəfər yaralanıb. Elektrik xətti də zədələnib
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...