Ukrayna Rusiyanın ən müasir silahlarının sirlərini açıqlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna kəşfiyyatı döyüş meydanında ələ keçirilən Rusiya silah və hərbi texnikası üzərində texniki ekspertiza apararaq onların istehsalında istifadə edilən xarici mənşəli komponentləri müəyyənləşdirir.
BAKU.WS UNİAN-a istinadən xəbər verir ki, əldə olunan nəticələr beynəlxalq tərəfdaşlarla paylaşılır.
Bunun məqsədi Rusiyanın silah istehsalında istifadə etdiyi texnologiyaların tədarük marşrutlarını aşkar etmək və mövcud sanksiyaların təsirini gücləndirməkdir.
Araşdırmalar zamanı raketlərdə, pilotsuz uçuş aparatlarında və digər müasir silah sistemlərində müxtəlif ölkələrdə istehsal olunmuş mikroçiplər, prosessorlar, naviqasiya modulları və digər elektron hissələr aşkarlanır.
Mütəxəssislər bu komponentlərin mənşəyini müəyyən edərək əldə olunan məlumatları tərəfdaş dövlətlərə təqdim edir. Bu məlumatların gələcəkdə tədarük kanallarının məhdudlaşdırılması və sanksiya mexanizmlərinin daha da sərtləşdirilməsi üçün istifadə olunacağı bildirilir.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...