Ukrayna Rusiya və KXDR-dən olan şirkətlərə qarşı sanksiyalar tətbiq edib
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya, Çin, Qazaxıstan, KXDR və Türkiyədən 8 fiziki və 14 hüquqi şəxsə qarşı sanksiya tətbiq edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, müvafiq fərman Ukrayna Prezidentinin İşlər İdarəsinin saytında yerləşdirilib.
Şəxslər arasında yeddi rusiyalı, o cümlədən "Alrosa" şirkətinin baş direktoru Pavel Marinyçev, Tula Patron Zavodunun direktoru Sergey Lukin və KXDR-in KOMİD şirkətinin nümayəndəsi Rim Yon Xek də var.
Hüquqi şəxslərə Rusiyanın yeddi istehsal şirkəti, Çinin bir firması və Türkiyə, Qazaxıstan və Seyşel adalarından bir şirkət daxildir. Sənəddə bu sanksiyaların Yaponiya ilə razılaşdırıldığı bildirilir.
Həmçinin qeyd edilir ki, bu ilin iyun ayından etibarən ABŞ, Kanada, Böyük Britaniya, Yaponiya və Avropa İttifaqı (Aİ) ilə sanksiyaların sinxronlaşdırılması çərçivəsində Kiyev 281 fiziki və 633 hüquqi şəxsə məhdudiyyətlər qoyub.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...