Ukrayna Rusiya ilə yeni görüşün iyunun 20-dən 30-dək keçirilməsini təklif edib
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Rusiya ilə yeni görüşün iyunun 20-dən 30-dək keçirilməsini təklif edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu İstanbulda Rusiya ilə danışıqların ikinci raundunda Ukrayna nümayəndə heyətinə rəhbərlik edən müdafiə naziri Rüstəm Umerov bildirib.
"Biz görüşün ayın sonunadək, iyunun 20-dən 30-dək keçirilməsini təklif etdik", - o, "Rada" telekanalının yayımladığı mətbuat konfransında qeyd edib.
Bu gün İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar başa çatıb. Tərəflər iki ölkənin liderlərinin görüşünün təşkili, əsir mübadiləsi və atəşkəslə bağlı məsələləri müzakirə ediblər.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...