Ukrayna ordusunun itkiləri açıqlanıb - Qərb kəşfiyyatı açıqlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Xüsusi hərbi əməliyyatın bütün dövrü ərzində Ukrayna Silahlı Qüvvələrinin itkiləri təxminən 80 min nəfərin öldürüldüyü və 400 min nəfərin yaralandığı iddia edilir.
BAKU.WS xəbər verir ki, bu barədə Qərb kəşfiyyatı məlumat yayıb.
O da qeyd olunub ki, real rəqəmlər daha çox ola bilər, lakin bunu dəqiq hesablamaq çətindir, çünki Kiyev dəqiq məlumatları dərc etmək istəmir.
"The Wall Street Journal" nəşri xüsusi əməliyyatın Ukraynanın demoqrafik göstəricilərinə təsir etdiyini qeyd edir. Ukrayna Demoqrafiya və Sosial Tədqiqatlar İnstitutunun elmi işçisi Aleksandr Qladun məlumat verir ki, genişmiqyaslı səfərbərlik və mühacirət nəticəsində ölkə əhalisi 42 milyondan 29-a düşüb.
Dəqiq rəqəmlərin yalnız ilin sonundan sonra məlum olacağı qeyd olunur.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...