Ukrayna helikopteri qəzaya uğrayıb: Dörd hərbi qulluqçu həlak olub
06
iyl
2026
22:12
Rusiyanın pilotsuz uçuş aparatlarının (PUA) qarşısının alınması üzrə tapşırıq yerinə yetirilərkən "Mi-8" helikopteri qəzaya uğrayıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə nəticəsində dörd hərbi qulluqçu həlak olub.
Həlak olanlar: heyət komandiri kapitan Yuri Voron, şturman-təyyarəçi mayor Valentin Mukşinov, göyərtə texniki baş leytenant Boqdan Xmel və hava atıcısı kiçik çavuş Mixail Deryaqadır. Onların hamısı ordu aviasiyasının 16-cı əlahiddə "Brodi" briqadasında xidmət edirdilər.
Oxşar xəbərlər
Ayı məktəbə su borusu ilə girməyə çalışıb
Rusiyanın İrkutsk vilayətinin Zaloq kəndində ayı məktəb yeməkxanasından gələn qoxulara cəlb olunaraq binaya su borusu ilə dırmaşmağa çalışıb. BAKU.WS xəbər ver...