Ukrayna dronları Rusiyanın "Oreşnik" raketlərinin buraxıldığı poliqonu vurub

Ukrayna dronları Rusiyanın Oreşnik raketlərinin buraxıldığı poliqonu vurub
Dünya 87

Ukraynanın pilotsuz uçuş aparatları Rusiyanın "Oreşnik" raketlərinin sınaqdan keçirildiyi poliqona hücum edib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, zərbə yanvarın 8-də Ukraynanın Lvov şəhərinin ətrafına hücumda istifadə olunan obyektə endirilib.

"Ukrayna dronları Həştərxan vilayətində yerləşən 4-cü Dövlət mərkəzi müştərək poliqon – "Kapustin Yar"a hücum edib. Poliqon orta mənzilli "Oreşnik" ballistik raketlərinin sınaqları üçün aktiv şəkildə istifadə olunur", – məlumatda qeyd olunur.

Rusiyanın "Radar VRV" adlı "Telegram" kanalının məlumatına görə, hücum zamanı poliqonda hava hücumundan müdafiə sistemi işləsə də, zərbə PUA-ları montaj-sınaq korpusuna dəyib.

"Oreşnik"lə yanaşı, poliqonda müxtəlif qısa və ortamənzilli raketlər, qanadlı raketlər, HHM kompleksləri və "S-400" buraxılış qurğuları da sınaqdan keçirilir.

Ukrayna dronlarının "Kapustin Yar"a əvvəlki hücumu 2024-cü ilin iyulunda baş verib, həmin vaxt obyektin ərazisindəki binalar zədələnmişdi.

Son xəbərlər