Ukrayna döyüş tapşırığının icrası zamanı MiQ-29 qırıcısını itirib
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Hərbi Hava Qüvvələri (HHQ) döyüş tapşırığının icrası zamanı MiQ-29 qırıcısının itirildiyini bildirib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Hərbi Hava Qüvvələrinin məlumatında deyilir.
Məlumata görə, iyunun 27-nə keçən gecə pilotu Ukraynanın Poltava vilayəti səmasında döyüş tapşırığını yerinə yetirən MiQ-29 qırıcısı ilə əlaqə kəsilib.
"Təyyarənin itirildiyini təsdiqləyirik, lakin ukraynalı pilot uğurla katapult edib, axtarış-xilasetmə komandası ilə əlaqə saxlayıb və müayinə olunmaq, eləcə də lazımi yardımın göstərilməsi üçün operativ şəkildə tibb müəssisəsinə çatdırılıb", – qurumdan əlavə ediblər.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...