Ukrayna Antiterror Mərkəzinin rəhbəri Rusiya ilə əməkdaşlığa görə saxlanılıb
Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Antiterror Mərkəzinin rəhbəri polkovnik Dmitri Kozyuranı Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyinə görə saxlayıb.
"Report" xəbər verir ki, bu barədə "RBC-Ukrayna" UTX-nin mətbuat xidmətinə istinadən məlumat yayıb.
D.Kozyura şəxsən Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyuk tərəfindən saxlanılıb.
Agenti saxlamaq üçün açıq və gizli tədbirləri əhatə edən misli görünməmiş xüsusi əməliyyat həyata keçirilib.
V.Malyukun sözlərinə görə, o, işə şəxsən nəzarət edib, xüsusi əməliyyatın hazırlanması və həyata keçirilməsi barədə birbaşa prezident Vladimir Zelenskiyə məruzə edib.
Oxşar xəbərlər
Tramp ABŞ-da Netanyahunun həbsi ilə bağlı heç bir təhdid olmadığını açıqlayıb
"İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ-da Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) qərarı ilə həbsi ilə bağlı heç bir təhdid yoxdur". BAKU.WS APA-ya istina...