UKMTO: Somalidə silahlı şəxslər gəmini ələ keçiriblər
Yeniliklərdən dərhal xəbərdar olun
Mareyo (Somali) sahilyanı yaşayış məntəqəsindən 4 dəniz mili cənubda silahlı şəxslər gəmini ələ keçiriblər.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyinin (UKMTO) məlumatında bildirilib.
"Yük gəmisinin təhlükəsizlik zabiti göyərtəyə səkkiz silahlı şəxsin daxil olması və gəmini ələ keçirməsi barədə məlumat verir.
Hakimiyyət orqanları araşdırma aparır. Gəmilərə marşrutdan keçərkən ehtiyatlı olmaq və istənilən şübhəli fəaliyyət barədə UKMTO-ya xəbər vermək tövsiyə olunur", - məlumatda qeyd edilib.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...