Türkiyənin iki böyük şəhərinə HAVA XƏBƏRDARLIĞI - 40 gün davam edəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin iki böyük şəhərinə dondurucu şaxtalı hava ilə bağlı xəbərdarlıq edilib.
BAKU.WS xəbər verir ki, ölkənin Meteorologiya Baş İdarəsinin yaydığı məlumata əsasən, bunlar İstanbul və Ankara şəhərləridir.
Hər iki şəhər daxilində temperatur nəzərəçarpacaq dərəcədə aşağı düşəcək və külək səbəbindən dondurucu soyuqlar daha da şiddətli hiss olunacaq.
Meteroloqlar bu şaxtalı və dondurucu havanı "Qış gündönümü" soyuğu adlandırıblar.
"Qış gündönümü" soyuğu 22 dekabr və 30 yanvar tarixlərində təxminən 40 gün davam edəcək. Belə olacağı təqdirdə isə yanvarın əvvəlində qar yağacağı ehtimalı var.
Bu dövrdə hava temperaturunda əhəmiyyətli dərəcədə dalğalanmalar olur; temperatur bir neçə gün ərzində sürətlə aşağı düşə bilər ki, bu da xəstəliklərin artmasına səbəb ola bilər.
Bir sözlə "Qış gündönümü" soyuğu qar yağışı və şaxtanın ən şiddətli olduğu il vaxtına təsadüf edir.
Qalereya
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...