Türkiyənin iki bölgəsində meşə yanır, Silahlı Qüvvələrin helikopterləri cəlb edildi
Türkiyənin Muğla əyalətinin iki rayonunda meşə yanğınları davam edir.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunlar Dalaman və Menteşe bölgələridir.
Yanğının elektrik xətlərindəki problem səbəbindən baş verdiyi ehtimal edilir.
Hazırda alova havadan və qurudan müdaxilə davam edir.
Bu vaxta qədər 85 ev təxliyə edilib. Menteşe bölgəsində bir çox yaşayış evləri yanğından zərər görüb.
Hadisə yerinə xeyli sayda yanğınsöndürən və Türkiyə Silahlı Qüvvələrinə aid beş helikopter cəlb edilib.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Muğla'nın Dalaman ilçesinde çıkan orman yangınını, Türk Silahlı Kuvvetlerimize ait 5 helikopter ile söndürme çalışmalarına devam ediyoruz. #MillîSavunmaBakanlığı pic.twitter.com/55JMKce00L
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) October 19, 2024
Oxşar xəbərlər
ABŞ dövlət katibi Blinken Türkiyəyə gəlir
ABŞ dövlət katibi Blinken Türkiyəyə gəlir. BAKU.WS xəbər verir ki, bu barədə NTV məlumat yayıb. O, cümə günü Ankaraya səfər edərək nazir Hakan Fidanla görüşəcək...