Türkiyənin beynəlxalq axtarışda olan 40 nəfəri müxtəlif ölkələrdən ekstradisiya edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin "qırmızı bülleten"lə beynəlxalq axtarışa verdiyi 40 nəfər xarici ölkələrdən ölkəyə qaytarılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb.
Nazirin sözlərinə görə, həmin şəxslər Gürcüstan, Almaniya, Bolqarıstan, ABŞ, Xorvatiya, İsveçrə, Monteneqro, Rusiya və Yunanıstan ərazilərində saxlanılaraq Türkiyəyə ekstradisiya olunublar. Ən çox şəxs Gürcüstandan gətirilib.
Qaytarılan şəxslər qəsdən adam öldürmə və buna cəhd, cinayətkar dəstə yaratma, narkotik vasitələrin qanunsuz dövriyyəsi, quldurluq, oğurluq, dələduzluq, rəsmi sənədlərin saxtalaşdırılması, kiberdələduzluq, terror təbliğatı, cinsi istismar, qanunsuz silah saxlama və digər ağır cinayətlərdə ittiham olunurlar.
Rəsmi açıqlamada beynəlxalq əməkdaşlıq çərçivəsində bu istiqamətdə əməliyyatların davam etdiriləcəyi vurğulanıb.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...