Türkiyənin 35 əyalətində İŞİD-lə əlaqəli 184 şübhəli saxlanılıb
04
mar
2026
13:30
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə son iki həftə ərzində 35 əyalətdə keçirilən antiterror əməliyyatı çərçivəsində İŞİD terror qruplaşması ilə əlaqədə olmaqda şübhəli bilinən 184 nəfər saxlanılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, şübhəlilərdən 22-si həbs edilib, 33-ü haqqında məhkəmə nəzarəti tədbirləri tətbiq olunub. Digərləri barədə araşdırma aparılır. Aparılan axtarışlar nəticəsində 8 ədəd qanunsuz tapança, 1 qanunsuz tüfəng, qruplaşmaya aid çoxlu sayda sənəd və rəqəmsal material müsadirə olunub.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...